pexels-juan-mendez-3076431-scaled-1-1024x683

Vakansiya: Ekoturizm sahəsində məhsul və xidmətlərin inkişafı üzrə mütəxəssis

Nukha Tour olaraq fəaliyyət istiqamətlərimizi genişləndirməyə və inkişaf etdirməyə davam edirik.

Bu səbəbdən bizimlə birlikdə olacaq, bizim kimi düşünə biləcək daha bir aktiv komanda yoldaşına ehtiyacımız var.

Tələblərimiz:

  • Ekoturizmdə gəzinti və bələdçilik təcrübəsinin olması;
  • Ekoturları və dağ gəzintilərini təşkil etməkdə və bələdçilik etməkdə xüsusi maraq və həvəsin olması;
  • Ekoturizm məhsullarının icarə və satışı istiqamətində strategiyanın hazırlaması;
  • Məhsul portfelinin artırılması üçün yeni təchizatçıların axtarılıb tapılması;
  • Şirkətin aylıq və rüblük tur və kamplarının planlanması, yeni marşrutların araşdırılması və öyrənilməsi;
  • Sponsorlu reklamların planlı şəkildə idarə edilməsi, marketinq strategiyasının düzgün formalaşdırılması;
  • Ekoturizmdəki yenilikləri izləməsi və şirkətin inkişafı üçün təkliflər verilməsi;
  • Müsbət xarakter və dünya görüşə sahib olması.

Təklif etdiyimiz

  • Planlaşdırılmış turların reallaşmasından bonuslar;
  • Məhsul satışından bonuslar;
  • İcarəyə verilmiş məhsullardan bonuslar;
  • Bələdçilik üçün ödənişlər.

Bizimlə işləməyin üstünlükləri:

  • Təcrübəli və pozitiv bir komandanın üzvü olmaq;
  • Ekoturizm sahəsi üzrə təcrübəni daha da inkişaf etdirmək;
  • Yeni marşrutların öyrənilməsi üçün xüsusi büdcədən faydalanmaq;
  • Tur və kamplarda ödənişsiz iştirak etmək;
  • Şirkətin digər resurslarından istifadə etmək;
  • Və ən əsası müxtəlif sahələrdə çalışan və fərqli dünyagörüşə malik insanlarla networking imkanı.

Maraqlananlar qısa bir niyyət məktubu yazmaqla bizə göndərə bilərlər.

[email protected]

055 254 49 33

LEAVE A COMMENT