Kapaz summit tour (3066 m) | Goygol

from
AZN160.00

FOR ENGLISH PLEASE SCROLL DOWN

Kəpəz dağı Kiçik Qafqazda, Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacında yerləşir. Hündürlüyü 3066 m-dir. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülmüş və çayın qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və başqa göllər əmələ gəlmişdir. Tur zamanı birinci gün maşınla Göygölə də səyahət edəcəyik. Gecəni Toğana kəndində keçirib səhər tezdən yolsuzluq maşınları ilə Kəpəzin ətəyinə doğru gedəcəyik. Yürüşə buradan başlayıb Kəpəz dağının zirvəsinə tərəf yol alacağıq. Zirvəyə yürüş 26-27 iyun tarixinə planlaşdırılır bununla belə hava şəratinin dəyişməsi səbəbindən 3-4 iyul tarixinə də keçirilə bilər.

Yürüş barədə ətraflı:
– Kəpəz zirvəsinin yüksəkliyi: 3066m
– Məsafə: ümumilikdə (qalxış, eniş) təxminən 5 km
– Zirvəyə qədər düşərgə ərazisindən yüksəklik fərqi təxminən 400 metr
– Qalxış təxminən 4 saat, eniş təxminən 2 saat olmaqla ümumilikdə 6 saat nəzərdə tutulur.

_________________________
26 İyun
06:30 – Gənclik metrosunun qarşısında toplanırıq
07:00 – 12:30 Bakı-Gəncə-Toğana
12:30 – 14:30 Nahar yeməyi və evə yerləşmə
14:30 – 18:00 Göygöl gəzintisi
18:30 – 20:00 Axşam yeməyi
20:00 – 22:00 Sərbəst keçiriləcək vaxt
22:00 Yatmaq zamanı
_________________________
27 İyun
04:00 – 05:00 Qalxış və yüngül səhər yeməyi
05:00 – 07:00 Kəpəz dağının ətəyinə yolsuzluq maşınları ilə hərəkət
07:00 – 11:00 Zirvəyə hərəkət
11:00 – 12:30 Zirvədədə istirahət və nahar fasiləsi
12:30 – 14:30 Düşərgə yerinə (maşınların yanına) eniş
14:30 – 16:30 Toğana kəndində qaldığımız evə geri dönürük
16:30 – 17:30 İstirahət
17:30 – 23:30 Toğana – Bakı
_________________________
Lazım olan ləvazimatlar
– Bel çantası (30+L)
– Su və külək keçirməz geyim
– İsti və rahat geyim
– Termal (alt və üst) paltarlar
– Yağmurluq
– Sukeçirməz uzunboğaz çəkmə
– Əlavə geyim
– Gün eynəyi
– Baş fanarı
– Tozluq
– Yürüyüş çubuqları
– Termos
– Papaq
– Əlcək
– Corab 2 cüt
– Gündən qorunmaq üçün krem
– Şəxsi əşyalar və gigiyenik vasitələr (termos, qaşıq dəsti, salfet və s.)
Ləvazimatları Outdoor Store-dan əldə edə bilərsiniz: www.outdoorstore.az
_______________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
– Sprinter (Bakı-Toğana-Bakı)
– Yolsuzluq maşınları (Toğana-Kəpəz-Toğana)
– Tibbi Sığorta
– ETSN`dən icazə
– FHN`dən icazə
– Milli Parka giriş
– Evdə gecələmə
– 1-ci gün Günorta və Axşam yeməyi, 2-ci gün Səhər yeməyi
– Dağ bələdçisi
QEYD: Tura qoşulacaq şəxslərdən özləri ilə yürüş müddətində istifadə edəcəkləri zəruri qida və su ehtiyyatlarını götürmələri xahiş olunur.
_______________________
Qeydiyyat və ödəniş üçün SON TARİX: 19 iyun 2021.
Ödəniş qeyd olunan tarixədək mütləq şəkildə ödənməlidir. İlkin ödəniş edənlər qeydə alınacaq.
__________________________________
TURUN 1 NƏFƏR ÜÇÜN QIYMƏTi – 160 AZN

QEYDİYYAT və ÖDƏNİŞ
www.nukhatour.com saytına daxil olmaqla turu seçib online (bank kartı vasitəsilə) ödəniş edə bilərsiniz.
Əlavə məlumatlar üçün zəng edə və ya əlaqə saxlaya bilərsiniz.

QEYD: İştirakçı sayı limitli olduğu üçün ilk ödəniş edənlər qeydə alınacaq.
Son qeydiyyat tarixindən sonra imtina olunarsa ödəniş geri qaytarılmır. Ödəniş olunarkən məlumat verməyiniz xahiş olunur.
Maksimum say – 16.
_______________________
Çətinlik dərəcəsi: çətin
Qeyd: Bələdçi əlverişsiz hava şəraitindən və digər hallardan asılı olaraq yürüşü ləğv edə və ya dayandıra bilər.
_______________________
Ətraflı məlumat üçün əlaqədar şəxs:
Anar Abbasov- 077 542 67 36
Emin Mirzəyev – 051 885 92 68

**********************************************

Kapaz mountain is located in Goygol region of South Caucasus, on the northern slope of Murov mountain range. It is 3066 m high. There was an earthquake in 1139 and following this natural phenomenon big rocks separated from the mountain and fell into the Agsu river and stopped the water flow. As a result Goygol, Maralgol and some other lakes were created. We will have a visit to Goygol the first day by car. Spending the night back in Togana village we will get up early in the morning and get closer to the foot of the mountain by offroad cars. There we will start our hiking up to the peak. Date of the tour may change from 26-27 of June to 3-4 of July due to weather conditions.

More about the tour:
– Kapaz mountain summit: 3066m
– Overall hiking distance (ascend, descend) approx. 5 km
From starting point up to the peak, altitude difference is 400 m.
– Ascend approx. 4 hours, descend approx.. 2 hours, total of 6 hours.

_________________________
June 26
06:30 – Gathering at Ganjlik metro station, in front of Caspian Center
07:00 – 12:30 Baku – Ganja -Togana
12:30 – 14:30 Lunch break and settling in the house
14:30 – 18:00 Goygol tour
18:30 – 20:00 Dinner time
20:00 – 22:00 Free time
22:00 Sleep time
_________________________
June 27
04:00 – 05:00 Getting up and having light breakfast
05:00 – 07:00 Transfer to the foot of the mountain by offroad cars
07:00 – 11:00 Starting summit hiking
11:00 – 12:30 Lunch and rest time at the summit
12:30 – 14:30 Descending back to the campsite where the cars waiting
14:30 – 16:30 Driving back to Togana village
16:30 – 17:30 Rest time
17:30 – 23:30 Togana – Baku
_________________________
Necessary equipment
– Backpack (30lt +)
– Waterproof and windproof clothes
– Warm and comfortable clothes
– Thermo underware and clothes
– Raincoat
– Waterproof boat
– Extra clothes
– Sunglasses
– Head light
– Gaiter
– Hiking sticks
– Thermos
– Hat
– Gloves
– Socks 2 pairs
– Sunscreen
– Personal and hygenic items
You can get some of the items from: www.outdoorstore.az
_______________________
INCLUDED IN PRICE:
– Sprinter (Baku-Togana-Baku)
– Offroad cars (Togana-Kapaz-Togana)
– Medical insurance
– Permission Ministry of Ecology
– Permission from Ministry of Emergency Situtations.
– Entrance to national park
– Staying at home in Togana
– First day lunch and dinner, next day breakfast
– Mountain guide
NOTE: Tour members are asked to bring food and drinks that they will consume during the tour.
_______________________
Deadline for payment: June 19, 2021.
Payment must be made until deadline. First registers will be considered. Max number of tour attendees is 16.
__________________________________
Payment for 1 person – 160 AZN

REGISTRATION and PAYMENT
Please make your payment online at www.nukhatour.com website by choosing the relevant tour.
For additional information you can contact:
Anar Abbasov- +994 77 542 67 36
Emin Mirzayev – +994 51 885 92 68

_______________________
Difficulty level: difficult
Note: Guide can cancel or stop the tour on the way, during bad weather conditions.

  • Reviews 0 Reviews
    0/5
  • Vacation Style Holiday Type
  • Activity Level Challenging
    5/8
  • Group Size Large Group
    16