seyid

Mount Seyidyurd 3700 m Sheki – Şəkinin ən yüksək zirvəsi Seyidyurda (3700m) yürüş

from
AZN220.00
Əziz dağçılar. Bu yay ilk dəfə olaraq Azərbaycanın ən gözəl yerlərindən biri olan Şəkinin ən yüksək zirvəsinə, Seyidyurda (3700m) tur edəcəyik. Azərbaycanın ən unikal dağ marşrutlarından biri olan Seyidyurda tur zamanı Şəki şəhərindən başlayıb dağ-meşə marşrutu ilə irəliləyəcək və baza kampımız olan füsunkar mənzərəli Kəm yaylağına (2600m) çatacağıq. Yürüş zamanı biz Şəki rayonunu, uzaq perspektivdə isə Mingəçevir su anbarına və Murovdağ silsiləsinə qədər bir çox əraziləri müşahidə edəcəyik. Növbəti gün zirvəyə yürüş edəcək və Şəkinin ən yüksək zirvəsinə çatacağıq. Sizləri əmin etmək istəyirik ki, bu sizin yaşayacağınız ən gözəl dağ yürüşü təcrübələrindən biri olacaq. Baza kampda bizim möhtəşəm şəhər mənzərəmiz və 4G internetimiz olacaq 🙂 Hə bir də yürüşdən qayıdandan sonra baza kampda bizi çox dadlı buğlama yeməyi gözləyəcək 🙂 Yürüşün yorğunluğunu atacaq və unudulmaz xatirələri yaddaşımıza həkk edəcəyik 🙂
Turun planı
9 iyul
4:00-10:00 – Bakı-Şəki
10:00-11:00 – Qaynar kəndə offroad transfer
11:30- 16:00- Baza kampa yürüş
16:00-17:00 – Çadırların qurulması və istirahət
17:00-19:00 – Çay, yemək hazırlanması, axşam yeməyi
19:00-21:00 – İstirahət və sərbəst vaxt
22:00- Yatmaq zamanı
10 iyul
5:00 – Qalxış
5:00-6:00- Səhər yeməyi
6:00 – 12:00 – Zirvəyə doğru yürüş
12:30 – 16:30 – Baza kampa qayıdırıq
17:00- 19:00 – Nahar və çay fasiləsi
19:00 – 22:30 – Istirahət və sərbəst vaxt
23:00 – Yatmaq zamanı
11 iyul
8:00 – Qalxış zamanı
8:00 – 9:00 – Səhər yeməyi
9:00-10:00 – Çadırların yığılması və hazırlıq
10:00-15:00 – Geriyə, şəhərə eniş
15:00- 17:00- Günorta yeməyi və istirahət
17:30-23:00- Bakıya qayıdış
Gərəkli olan ləvazimatlar:
-Yürüyüş (bel) çantası – 50-60 litr
– Su keçirməz yürüyüş botu
– Külək və su keçirməz gödəkçə
– Yürüş çubuqları
– Gün eynəyi
– Əlcək, papaq
– Əlavə geyim (termo alt geyim, polar və s.)
– Corab 2 cüt
– Tozluq
– Alın fənəri
– Günə qarşı krem
– Termos və su qabı
– Şəxsi dərman və gigiyenik vasitələr
– Tur boyu yemək və su ehtiyyatı
– Mat
– Yuxu tulumu
Turun qiymətinə daxildir:
– Dövlət Sərhəd xidmətinin icazəsi
– Fövqəladə Hallar nazirliyinin icazəsi
– Yürüş zamanı peşəkar 2 və ya 3 bələdçi (Alpinistlərin (iştirakçılarının) sayından asılı olaraq)
– Bakı – Şəki – Bakı konfortlu nəqliyyat (Mercedes Sprinter)
– 4×4 müasir Ural avtomobili Kiş kəndi – Qaynar kəndi transfer
– Çadır, Mat (əgər yoxdursa)
– Ocaq
– Tur ərzində çay, isti su
– Ehtiyac olsa xilasetmə xidməti və ilk yardım
-Tibbi sığorta
-Və zirvə yürüşündən sonra dadlı buğlama
Qiymətə daxil deyil:
– Şəxsi alpinizm ləvazimatlarının kirayəsi
– Digər qidalanma
_______________________________________
– Qeydiyyat və ödəniş üçün son tarix:
15 iyun 2022
Qeyd: Turun sifarişi və ödənişi tur tarixindən ən azı 25 gün əvvəldən olunmalıdır (şəxsiyyət vəsiqəsinin (pasportun) sürəti hökümət icazəsi almaq üçün vacibdir).
– Tura qoşulacaq şəxslər özləri ilə zəruri su və qida götürmələri xahiş olunur.
– İştirakçı sayı limitli olduğuna görə ilk ödəniş edənlər qeydə alınacaq.
– Yataq kisəsi və digər ehtiyac olan ləvazimatlar üçün OutdoorStore.az mağazamıza yaxınlaşa bilərsiniz.
– Hava şəraiti ilə əlaqədar olaraq tur təxirə salına və ya vaxtı dəyişdirilə bilər.
QEYDİYYAT və ÖDƏNİŞ
– TURUN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 220₼
4-5 nəfərlik qrupla qatılanlara 10% endirim
6-7 nəfərlik qrupla qatılanlara 15% endirim
8 nəfərlik ( və daha çox) qrupla qatılanlara 20% endirim
www.nukhatour.com saytına daxil olmaqla turu seçib online (bank kartı vasitəsilə) və ya ofisimizə yaxınlaşaraq ödəniş edə bilərsiniz.
Əlavə məlumatlar üçün zəng edə və ya whatsup vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Ətraflı məlumat üçün əlaqədar şəxslər:
Emin Mirzəyev- 051 8859268
Anar Abbasov – 0775426736
Müşfiq Səmədli – 055 4346577
***********
July 9-11
Dear mountaineers. This summer we are going to have a tour for the first time to the highest peak of one of the beautiful settlements of Azerbaijan –Sheki. Heading up to Seyidyurd (3700m) we will start walking from the city through mountain-forest landscape and reach up to Kam yaylag (shepherd settlement) first day and second day to the highest point on the Azerbaijani-Russian border (3700m). During the trip we will observe Sheki region in the background and in the horizon Mingecevir water reservoir and Murovdag mountain range. We want to assure you that this trip is going to be one of the memorable mountain trekking experiences you will ever have. At the base camp we will have beautiful scenery of Sheki and 4G internet 🙂 After summit push and returning to base camp we will have delicious meal (bughlama) cooked and ready 🙂
Tour itinerary
July 9
4:00-10:00 – Baku-Sheki
10:00-11:00 – Off-road transfer to Gaynar village
11:30- 16:00- Hiking to base camp
16:00-17:00 – Seeting up tents and break time
17:00-19:00 – Tea making, food preparing
19:00-21:00 – Break and free time
22:00- Sleeping time
July 10
5:00 – Waking up
5:00-6:00- Breakfast
6:00 – 12:00 – Hiking to the summit
12:30 – 16:30 – Hiking back to the base camp
17:00- 19:00 – Dinner and tea time
19:00 – 22:30 – Break and free time
23:00 – Sleeping time
July 11
8:00 – Waking up
8:00 – 9:00 – Breakfast
9:00-10:00 – Reinstalling tents and getting prepared
10:00-15:00 – Descending down to Sheki city
15:00- 17:00- Lunch and break time
17:30-23:00- Back to Baku
Necessary items
-Backpack – 50-60 liter
– Waterproof trekking boots
– Windproof and waterproof coat
– Trekking poles
– Sunglasses
– Gloves, hat
– Additional
– Socks 2 pairs
– Gaiters
– Head lamp
– Sunscreen
– Thermos, water bottle
– Personal hygenic items and medicine
– Food and drinks during the tour
– Mat
– Sleeping bag
Services included in the price:
– Permission from the State Border Service
– Permission from the Ministry of Emergency Situations
– 2 or 3 guides based on the number of mountaineers attend
– Baku –Sheki – Baku transfer by Mercedes Sprinter
– 4×4 modern Ural off-road transfer Kish village – Gaynar village
– Tent, mat (if not available)
– Camp stove
• Tea and water during the tour
• Rescue service in case of a need
Services not included in the price:
• Renting personal mountaineering equipment
• Food
_______________________________________
Deadline for registration and payment:
June 15, 2022
Note: Registration and payment for the tour must be 25 days in advance (ID card (passport) is needed to get government permission
Tour attendees are asked to bring their food and drinks.
Due to limited number of attendees first comers will be considered.
For sleeping bag and other equipment you can ask our store OutdoorStore.az
Due to bad weather conditions tour maybe cancelled or postponed.
REGISTRATION and PAYMENT
– One person: 220₼
10% discount for groups of 4-5
15% discount for groups of 6-7
20% discount for groups of 8 or more
REGISTRATION and PAYMENT
Please make your payment online at www.nukhatour.com website by choosing the relevant tour.
For additional information you can contact:
Emin Mirzayev- 051 8859268
Anar Abbasov – 0775426736
  • Reviews 0 Reviews
    0/5
  • Vacation Style Holiday Type
  • Activity Level Moderate
    3/8
  • Group Size Large Group
    16