279147397_1285352591874414_3984125753513242799_n

Spring Camping ASTARA Hirkan NP Təbiətdə Yaz Kampı

from
AZN65.00

Əziz təbiət və kamp sevərlər 🙂

 

Sezonu cənubda, Astarada gözəl bir yaz kampı ilə açacağıq. Tur zamanı təbiətdə kamp quracaq, çadırlarda qalacaq, ocaqda çay-yemək hazırlayıb əyləncəli oyunlarla xoş zaman keçirəcəyik. İkinci gün Hirkan milli parkının içərilərinə doğru hiking turumuz olacaq. Aşağıda göstərəcəyimiz xidmətlər və kampın planı ilə tanış ola bilərsiniz.

KAMPIN PLANI

1-ci gün (21 may)

06:30 – Toplanış (Gənclik metrosu Caspian center-in qarşısı)
07:00-10:30 Bakı-Astara-Bəndəsər kəndi
11:00-14:00 – Hirkan meşələrinin içərisi ilə kamp yerinə yürüş
14:00-15:00 – Çadırların, hamakların qurulması yemək və çay hazırlığı
15:00 – 16:00 Günorta yeməyi
16:00 – 19:00 –  Oyunlar və əyləncə zamanı

19:00- 21:00 – Axşam yeməyi və çay fasiləsi
21:00-22:30 – Ocaq ətrafında söhbət, oyunlar və əyləncə
23:00 – Yatmaq zamanı

2-ci gün (22 may)

08:00 – Qalxış
08:00-09:00 Səhər yeməyi
10:00-13:00 – Hirkan milli parkının içərilərinə doğru və geriyə gəzinti (hiking)
13:00-14:00 – Günorta yeməyi
14:00 – 15:00 Əyləncə və istirahət zamanı
16:00 – 17:00 –  Çadırların yığılması və hazırlıq

17:00- 20:00 – Geriyə yürüş
20:00-23:30 – Bakıya qayıdış

 

Yürüyüş hissəsi barədə ətraflı
Məsafə – 1 gün – 6 km, 2 gün 3 km+6 km Ümumi 9 km
Çətinlik səviyyəsi: Orta-Asan

QİDALANMA
Zəhmət olmasa özünüzlə yemək və yürüş zamanı üçün su ehtiyyatını götürün. Yemək bişirmək, çay hazırlamaq üçün kamp ərazisində uyğun şərait təşkil ediləcəkdir. Çay qaynatmaq üçün su da kamp ərazisində mövcuddur.
_____
İŞTİRAKÇIDA OLMALIDIR
Bel çantası (Həcmi 30-40 litr)
Yürüş (hiking) ayaqqabısı
Yürüş üçün rahat paltar (əlavə geyim)

Axşam havanın sərin olacağını nəzərə alıb isti paltar
Şəxsi əşyalar və gigiyenik vasitələr (su qabı-termos, salfet və s.)

 

Turun 1 nəfər üçün qiyməti: 65 AZN

4-5 nəfərlik qrupla qatılanlara 10% endirim
6-7 nəfərlik qrupla qatılanlara 15% endirim
8 nəfərlik ( və daha çox) qrupla qatılanlara 20% endirim

Qiymətə daxildir:

  • Nəqliyyat (Mercedes Sprinter)
  • Milli parka giriş
  • 2 günlük səfər sığortası
  • Çadır, mat, yuxu tulumu
  • Hamak və digər kamp ləvazimatları (çay, yemək hazırlamaq üçün)
  • Minimum 2 dağ-təbiət bələdçisi
  • Oyunların (voleybol, mafya, uno və s.) təşkili

 

QEYDİYYAT və ÖDƏNİŞ
www.nukhatour.com saytına daxil olmaqla turu seçib online (bank kartı vasitəsilə) və ya ofisimizə yaxınlaşmaqla ödəniş edə bilərsiniz.
Ətraflı məlumat üçün əlaqədar şəxs:
Ülvi Mirzəyev – 0552544933

 

Nukha Tour olaraq 4 ilə yaxındır ki, ekoturların və dağ yürüşlərinin təşkil edilməsində təcrübəyə sahibik. İndiyə qədər Azərbaycanın bir çox bölgəsində 1 günlük təbiət turları, 2 günlük kamplar, zirvə yürüşləri və trekinq-lər həyata keçirmişik. Bələdçilərimiz texniki cəhətdən bacarıqlı dağçılar olmaqla geniş yürüş təcrübəsinə sahibdirlər. Nukha Tour olaraq işimizin keyfiyyətinə və turlarımızın təhlükəsiz təşkil edilməsinə hər zaman önəm vermişik. Bütün turlarımızda iştirakçılarımız sığortlanmaqdadır. Turlarımıza qeydiyyatı da təkmilləşdirmişik və artıq bir neçə ildir ki, qeydiyyat və ödəniş saytımız üzərindən online olaraq aparılmaqdadır. Bununla yanaşı yenicə açdığımız ofisimizlə müştərilərimizə xidmət imkanlarını daha da artırmışıq. Qeydiyyat və ödənişlə bağlı, eləcə də dağçılıq, kamp ləvazimatlarının icarə və satınalınması üçün mağazamıza (ofisimizə) yaxınlaşa bilərsiniz. Sizlərə xidmət göstərməkdən, sizin təbiətdə xoş səyahət və təcrübələrinizi həyata keçirməkdən məmnunluq duyuruq.

 

 

 

 

Dear nature and camp lovers 🙂

We will open the season in the south, with a beautiful spring camp in Astara. During the tour, we will set up camp in nature, stay in tents, prepare tea and food on the stove and have fun with games. On the second day, we will have a hiking tour into Hirkan National Park. Below you can find the services we provide and the camp plan.

CAMPING PLAN

Day 1 (May 21)

06:30 – Gathering (in front of the Caspian Shopping Center, Ganjlik metro station)
07: 00-10: 30 Baku-Astara-Bandasar village
11: 00-14: 00 – Walk through the Hirkan forests to the camp site
14: 00-15: 00 – Setting up tents, hammocks, preparation of food and tea
15:00 – 16:00 Lunch
16:00 – 19:00 – Games and entertainment time

19: 00- 21:00 – Dinner and tea break
21: 00-22: 30 – Talk, games and entertainment around the fire
23:00 – Sleeping time

Day 2 (May 22)

08:00 – Waking up
08: 00-09: 00 Breakfast
10: 00-13: 00 – Hiking deep to Hirkan National Park and back
13: 00-14: 00 – Lunch
14:00 – 15:00 Time for fun and relaxation
16:00 – 17:00 – Assembling tents and preparating to leave

17: 00- 20:00 – Hiking back to starting point
20: 00-23: 30 – Back to Baku

More about hiking
Distance – 1st day – 6 km, 2nd day 3 km + 6 km Total 9 km
Difficulty level: Moderate-Easy

FOOD
Please bring your food and drinks you will have during hiking. Necessary conditions will be provided in the camping area for cooking and making tea. Water for boiling tea is also available in the campind site.
_____
Tour attendees should have
Backpack (Volume 30-40 liters)
Hiking shoes
Comfortable clothes for hiking (extra clothes)

Warm clothes, considering that the weather will be cool in the evening
Personal belongings and hygienic items (water bottle-thermos, napkin, etc.)

Tour price for 1 person: 65 AZN

10% discount for participants in groups of 4-5 people
15% discount for participants in groups of 6-7 people
20% discount for participants in groups of 8 (and more)

The price includes:

Transport (Mercedes Sprinter)
Entrance to the national park
2-day travel insurance
Tent, mat, sleeping bag
Hammocks and other camping equipment (for tea, cooking)
Minimum 2 mountain-nature guide
Organization of games (volleyball, mafia, uno, etc.)

REGISTRATION AND PAYMENT
You can choose a tour by visiting www.nukhatour.com and pay online (by bank card) or by visiting our office.
Contact person for more information:
Ulvi Mirzayev – 0552544933

As Nukha Tour, we have almost 4 years of experience in organizing ecotours and mountaineering expeditions. So far, we have conducted 1-day nature tours, 2-day camps, summits and treks in many regions of Azerbaijan. Our guides are technically skilled climbers with extensive hiking experience. As Nukha Tour, we have always attached importance to the quality of our work and the safe organization of our tours. Our participants are insured in all our tours. We have also improved the registration for our tours, and for several years now, registration and payment have been made online through our website. At the same time, with our newly opened office, we have further increased our customer service opportunities. You can approach our store (office) for registration and payment, as well as for renting and purchasing mountaineering and camping equipment. We are pleased to serve you, to make your pleasant travels and experiences in nature.

  • Reviews 0 Reviews
    0/5
  • Vacation Style Holiday Type
  • Activity Level Leisurely
    1/8
  • Group Size Large Group
    16