guide

Vakansiya: Dağ (təbiət) bələdçisi

Nukha Tour olaraq komandamızda çalışmaq üçün təcrübəçi axtarırıq.

Təcrübəçidən gözləntimiz:

  • Turların təşkilində komandaya kömək etmək
  • Yeni marşrutların öyrənilməsində (tək və ya qrupla) iştirak etmək
  • Kampların planlaşdırılması və təşkili
  • Zirvə yürüşlərinin təşkilində kömək və bələdçilik etmək

Təklif etdiyimiz:

  • Ödənişsiz turlara qatılmaq imkanı
  • Dağ (təbiət) bələdçiliyini öyrənmək və təcrübə qazanmaq imkanı
  • Nukha Tour-un indi və gələcəkdə təklif edəcəyi digər xidmətlərdən yararlana bilmək imkanı
  • Turlara cəlb edə biləcəyi müştərilər qarşılığında gəlir qazanmaq imkanı

Komandamız barədə

Nukha Tour olaraq artıq 3 ildən çoxdur təbiət gəzintilərinin, kampların və zirvə yürüşlərinin təşkilini həyata keçiririk. Bu sahədə təcrübəli komandamız var. Bələdçilərimiz Azərbaycanda və ölkə xaricində yüksək zirvələrə səyahət etmiş və ölkə daxilində bir çox mövcud və yeni marşrutlarda yürüş təcrübəsinə sahibdirlər.

Gələcək hədəflərimizi həyata keçirmək və böyüyən komandamızın dayanıqlılığını təmin edə bilmək üçün bu sahədə həvəsi və təcrübəsi olan, özünü həm də bu sahədə görə bilən yüksək enerjili, gənc ruha sahib insanları aramızda görmək istəyirik. Yeni komanda üzvlərindən gözləntimiz sadəcə fiziki bacarıqlar deyil, eyni zamanda müsbət xarakterə, dünya görüşünə və pozitiv əhval-ruhiyyəyə sahib olmasıdır.

Əgər siz bu göstəricilərə özünüzü uyğun bilirsinizsə onda bizə müraciət edin.

Anar

[email protected]

077 542 67 36

LEAVE A COMMENT